Apple iPhone 12 seriyasını TƏQDİM ETDİ - QİYMƏTLƏR | Banco.az

Apple iPhone 12 seriyasını TƏQDİM ETDİ - QİYMƏTLƏR

Tamara Mustafayeva, Banco.az

Apple səbirsizliklə gözlənilən yeni iPhone modellərini təqdim edib. 

Şirkətin CEO-su Tim Kukun təqdimatı ilə başlayan tədbirdə iPhone 12 mini, iPhone 12 Pro və iPhone 12 Pro Max modellərindən ibarət iPhone 12 seriyası ictimaiyyətə təqdim edilib.

Bucaq dizaynı ilə diqqət çəkən yeni iPhone modelləri 5G texnologiyası ilə təchiz edilib. A14 Bionic prosessoru ilə təqdim edilən iPhone 12 seriyasının ən kiçik modeli iPhone 12 mini 5,4 düymlük Super Retina XDR ekrana sahibdir.

iPhone 12 isə 6,1 düymlük Super Retina XDR ekran ilə qarşımıza çıxır. Hər iki model də 64 GB, 128 GB və 256 GB daxili yaddaş həcminə malikdir. 

Yeni modellərin qiyməti

16 oktyabr tarixində ilkin sifarişə açılacaq iPhone 12 modeli 23 oktyabrda, 6 noyabr tarixində ilkin sifarişə açılacaq iPhone 12 mini modeli isə 13 noyabrda satışa çıxarılacaq. Yeni modellər ilkin mərhələdə ABŞ başda olmaqla 30 ölkədə bazara çıxarılacaq.

Ən sərfəli kredit üçün müraciət et

iPhone 12 mini modelinin başlanğıc qiyməti 699 dollar, iPhone 12 modelinin isə 799 dollar müəyyən edilib. 

Həmçinin oxu: Çindəki kasıb və təhsilsiz insanlar necə iPhone işlədə bilirlər?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et