Qlobal investisiya bankı Goldman Sachs-ın analizinə görə, dünyanın ən böyük neft istehsalçılarından biri olan Səudiyyə Ərəbistanı 2021-ci ilin dövlət büdcəsini müzakirə edir və müzakirələrdə neftin barelinin qarşıdakı 3 il ərzində 50 dollar ətrafında olacağı proqnozu diqqəti çəkir.
Goldman-ın analitiklərindən Faruk Soussa mövzu ilə əlaqədar "Biz Səudiyyə Əərəbistanının büdcəsini 2020 - 2023-cü illər arasında neftin barelinin 50 dollar ətrafında olacağı ssenarisinə görə hazırlandığını hesablamışıq" deyib.
Ötən həftə ABŞ Prezidenti Donald Trampın koronavirusa yoluxduğu məlum olduqdan sonra Brent neftin qiyməti 6.3% düşərək 39.27 dollara geriləmişdir.
Goldman-ın hesablaması, Misir bankı EFG Hermes-in təxminlər ilə də uyğunlaşır. Bank, Səudiyyə Ərəbistanının neft qiymətini 50 - 55 dollar arasında əsas götürərək gələn il üçün büdcə hazırlayacağını hesablamışdı. Goldman-ın özü Brent neftin qiymətlərin 2021-ci ilin sonunda 65 dollara yüksələcəyini nəzərdə tutur.
marja
Bizi sosial şəbəkələrdən izləyin!!