Bu ilin avqust ayında xarici vətəndaşların Azərbaycandaq bank kartları vasitəsi ilə apardıqları əməliyyatların ümumi dəyəri 25,6 milyon manat təşkil edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 111,8 milyon manat yaxud 81,4% azdır.
2020-ci ilin yanvar-avqust aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 328,3 milyon manatlıq əməliyyat aparıb. Bu da ötən ilin ilk 8 ayı ilə müqayisədə 534,6 mln manat və yaxud 61,95% azdır.
Bizi sosial şəbəkələrdən izləyin!!