Ləğv prosesində olan “Standard Insurance”ın kreditorlarının nəzərinə | Banco.az

Ləğv prosesində olan “Standard Insurance”ın kreditorlarının nəzərinə

Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 saylı, 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə ASC "Standard Insurance” Sığorta Şirkətinin müflis elan edilməsi qərara alınmışdır. Həmin məhkəmənin 17 avqust 2020-ci il tarixli qərarına əsasən, sığortaçının ləğvetmə komissiyasının tərkibi müəyyən edilmişdir.

"Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, əmlak inzibatçısı təyin edildikdən sonra dərhal bu barədə borcluya bildiriş göndərməli və borclunun iflası və özünün təyin edilməsi barədə Azərbaycan Respublikasında nəşr olunan rəsmi dövri mətbuat orqanında azı 7 günlük fasilə ilə iki dəfə elan dərc etdirməlidir.

İstinad olunan qanunun 43.2-ci maddəsinə əsasən, "kreditorlar borcluya öz tələblərini bu qanunun tələblərinə müvafiq surətdə borclunun müflis olması barədə bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə verə bilərlər”. Odur ki, iflas prosesində olan ASC "Standard Insurance” Sığorta Şirkətinə qarşı tələbi olan fiziki və hüquqi şəxslər bu elanın dərcindən 60 təqvim günü ərzində tələblərini şirkətin ləğvedicisinə yazılı şəkildə təqdim etməlidirlər.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə və ya aşağıda göstərilən telefon nömrələri, elektron poçt vasitəsi ilə əlaqə saxlaya bilərsiniz:

Ən sərfəli kredit üçün müraciət et

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi, 96

Əlaqə telefonu: +994 12 930

Email: [email protected]

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram