Avropa Mərkəzi Bankının rəhbəri Christine Lagarde-yə görə rəqəmsal avro fiat valyutaları əvəzləmək yox, tamamlamalıdır. Christine Lagarde Fransa və Alman parlamentlərinin iclasında etdiyi çıxışında Avropa Mərkəzi Bankının (ECB) yalnız rəqəmsal avronun üstünlüklərini deyil, tətbiqindən yarana biləcək potensial problemləri də araşdırdığını söyləyib. Rəqəmsal avro dövlət valyutalarının sabitliyini pozmamaqla yanaşı, məxfi kriptovalyutalara alternativ olmalıdır. Bir çox risklərə baxmayaraq Avropanın rəqəmsal texnologiyalardan tam faydalanma vaxtı artıq çatıb.
Christine Lagarde: “Avropa ölkələrinin iqtisadiyyatını yeni səviyyəyə qaldırmaq üçün maliyyə texnologiyalarının inkişafına təşviq etməliyik. Eyni zamanda, kiber təhlükəsizlik və məlumatların qorunması məsələlərini də həll etməliyik.”
kriptoinvest.az
Bizi sosial şəbəkələrdən izləyin!!