Avropa Statistika Ofisi (Eurostat), Avropa Birliyi (AB) və Avro Bölgəsinin avqust ayı inflyasiya rəqəmlərini açıqlayıb.
Avro Bölgəsində iyulda 0,4% olan illik inflyasiya, avqustda mənfi 0,2%-ə (deflyasiya) düşüb. AB-də isə iyulda 0,9% olan illik inflyasiya avqustda 0,4% olaraq ölçülüb.
Beləliklə, Avro Bölgəsində avqust ayında illik inflyasiya sıfırdan aşağı düşüb.
AB üzvü ölkələr arasında avqustda ən yüksək inflyasiya 4% ilə Macarıstanda, 3,7% ilə Polşada və 3,5% ilə Çexiyada reallaşıb.
Avqustda ən aşağı inflyasiya isə mənfi 2,9% ilə Cənubi Kiprdə, mənfi 2,3% ilə Yunanıstanda və mənfi 1,3% ilə Estonyada qeydə alınıb.
İnflyasiya nisbəti, avqustda Fransada 0,2%, Almaniyada mənfi 0,1%, İtaliyada mənfi 0,5% və İspaniyada mənfi 0,6% olub.
Avro Bölgəsində pul siyasətini aparan Avropa Mərkəzi Bankı (ECB), bölgədə qiymət sabitliyini təmin etmək üçün 2%-ə yaxın səviyyədə inflyasiya hədəfləyir, lakin hədəfinə çata bilmir.
marja
Bizi sosial şəbəkələrdən izləyin!!