Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni iş həftəsinə qismən yüksələrək başlayıb.
Məzənnə 7.40 səviyyəsindən yuxarı dalğalı hərəkətlilik göstərməyə davam edir. Ötən həftəni 7.4333 səviyyəsində başa vuran kurs yeni iş həftəsinin ilk gününə dalğalı hərəkətliliklə başlayıb.
Dollar/TL məzənnəsi Bakı vaxtı ilə 10:40-da 0.28% yüksələrək 7,4544 səviyyəsində icra edilməkdədir.
Qeyd edək ki, bu həftə ərzində Türkiyədə bu gün açıqlanacaq avqust ayı üzrə büdcə tarazlığı və cümə axşamı elan ediləcək iyun ayı üzrə işsizlik faizi göstəriciləri izlənəcək. Cümə günü isə iyul ayı üzrə cari əməliyyat tarazlığı göstəriciləri açıqlanacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!