Sistem inzibatçısı (Linux)
İnformasiya Texnologiyaları İdarəsi
Vəzifə: İnformasiya Texnologiyaları İdarəsinin Sistemlərin və şəbəkənin idarə edilməsi şöbəsi – Sistem inzibatçısı (Linux)
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı
İŞİN TƏSVİRİ:
- İT sistemlərinin daimi monitorinqi;
- Problemlərin qısa müddətdə aşkarlanması, analizi və həll olunması;
- Dəyişikliklər, profilaktik işlər və problemlərlə bağlı lazımi bütün işçi qruplarının məlumatlandırılması;
- Mövcud servislərin dayanaqlılığını təmin etmək;
- Bütün dəyişikliklərin sənədləşdirilməsi;
- Bütün tapşırıqların task sistemi üzərində qeydiyyatı və icrası;
- İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsində iştirak edir;
- 24/7 mövcudluğu;
- Şirkətin İT siyasətinə uyğun olaraq daima özünü inkişaf etdirməlidir;
- İnformasiya texnologiyaları sahəsində qabaqcıl texnologiyaların tətbiq olunması, sistemlərin və avadanlıqların yenilənməsi ilə bağlı təkliflərin hazırlanması.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları
- CompTIA Linux+, Red Hat Certified System Administrator (RHCSA), VMware Certified Professional (VCP) sertifikatlarına sahib olması arzuolunandır.
- Opensource istehsalçı firmalarının məhsulları haqqında bilik və təcrübə.
- Linux əməliyyat sistemlərinə (müxtəlif distrubitivlər – RedHat, CentOS, Debian) dair nəzəri və praktiki biliklər - inzibatçılıq səviyyəsində;
- Virtualizasiya texnologiyaları ilə təcrübə – VMware ;
- Proxy və web server-lərlə bağlı iş təcrübəsi – Nginx, Apache və s;
- Bash Script-lə praktiki biliklər;
- Configuration Management tool-larla təcrübə – Ansible, Chef, Puppet;
- Docker container-lərlə əlaqəli bilik və iş təcrübəsi;
- Python ilə təcrübə.
- İngilis və rus dilləri üzrə biliklər:
ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.
- Sahə üzrə iş təcrübəsi ən azı 3 il
Qeyd: Tələblərə uyğun olmayan və mail-də "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan CV-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri :
E - mail : [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
Bizi sosial şəbəkələrdən izləyin!!