Bugünkü valyuta hərracında 64,8 mln. dollar cəlb edilib | Banco.az

Bugünkü valyuta hərracında 64,8 mln. dollar cəlb edilib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 64,8 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (25 avqust 2020-ci il tarixində keçirilib – red.) müqayisədə eyni qalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram