Qlobal ağıllı telefon satışları 2020-ci ilin ikinci rübündə 20,4% azalıb.
Bazar araşdırma şirkəti Gartner tərəfindən yığılan məlumatlara görə, qlobal ağıllı telefon satışları ikinci rübdə 295 milyon ədəd təşkil edib.
Apple satış ədədini az qala qorumağı bacararkən, digər istehsalçıların satışlarında əhəmiyyətli azalmalar baş verib.
İkinci rübdə Apple-ın satışları keçən ilin eyni dövrü ilə müqayisədə 4% ətrafında azalarkən, Samsung-un satışlarında azalma 27,1% və Huawei-nin satışlarında azalma isə 6,8% olaraq reallaşıb.
Çinin ağıllı telefon istehsalçıları Xiomi və Oppo-nun satışları da müvafiq olaraq 21,5% və 15,9% azalıb.
marja
Həmçinin oxu: 2020-ci ildə ağıllı telefon satışları nə qədər azaldı?
Bizi sosial şəbəkələrdən izləyin!!