"Qaradənizdə olan ehtiyatın dəyəri 80 milyard dollardır" | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Qaradənizdə olan ehtiyatın dəyəri 80 milyard dollardır"

Beynəlxalq Enerji Agentliyinin (UEA) rəhbəri Fateh Birol, Qaradənizdə olan təbii qaz ehtiyatına dair açıqlama verib.

Birol, Türkiyənin kəşf etdiyi Qaradənizdə olan ehtiyatın dəyərinin 80 milyard dollar olduğunu söyləyib.

Birol, "Təbii qazı mümkün olduqca sürətli çıxarmaq lazımdır" deyərək, mövcud mühitin təbii qazı aşağı xərclə çıxarmağa imkan verdiyinə diqqət çəkib. 

Rusiyadan alınan təbii qazda əhəmiyyətli bir endirim reallaşa biləcəyini söyləyən Birol, "Ehtiyatı çıxarmaq üçün 6 milyard dollarlıq sərmayə tələb oluna bilər" deyib.

Xatırladaq ki, Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Fateh Dönmez, Qaradənizdə kəşf edilən 320 milyard kub metrlik təbii qazın iqtisadi dəyərinin 65 milyard dollar olacağını söyləmişdir.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram