Paytaxtda torpağın və bağ evlərinin qiyməti ucuzlaşıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Paytaxtda torpağın və bağ evlərinin qiyməti ucuzlaşıb

Ötən ay ərzində Bakıda bağ evlərinin və torpağın qiymətində ucuzlaşma qeydə alınıb.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib ki, iyul ayında bahalı bağ evlərinin qiyməti 1.64 faiz azalıb. Onun sözlərinə görə, orta qiymətə olan bağ evlərində 0.61 faiz, ucuz evlərin qiymətində isə 1.36 faiz azalma var.

N.İbrahimov vurğulayıb ki, torpaq bazarında qiymətlərdə isə ay ərzində 8.16 faiz azalma müşahidə olunub.

Onun sözlərinə görə, ümumi daşınmaz əmlak bazarı üzrə ay ərzində 2.87 faiz azalma var.

Ekspert bildirib ki, qiymətlərin ucuzlaşmasına pandemiya və mövsümi amillər təsir edib.

Trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram