Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni günə yüksələrək başlayıb.

Dollar/TL məzənnəsi yeni iş həftəsinə 7.37 səviyyələrində başlamasının ardınca dünən günorta saatlarından sonra 7.3431 ilə 7.4014 səviyyələri ətrafında dalğalanıb.

Prezudent Rəcəb Tayyib Ərdoğanın "yaxşı xəbər" açıqlamasından sonra isə daxili birjalarda baş verən hərəkətliliklə birlikdə 7.2137 səviyyəsinə geriləyib.

Daha sonra nisbətən yüksəlişə keçən kurs bu gün səhər saatlarında Türkiyə Respublikası Mərkəzi Bankının iclasından əvvəl 7.30 səviyyələrində icra edilir.

Məzənnə Bakı vaxtı ilə 11:05-də 7.3085 səviyyəsində icra edilib.

Xatırladaq ki, prezident Ərdoğan çərşənbə günü etdiyi açıqlamada, "Cümə günü yaxşı xəbər verəcəyik. Türkiyədə yeni bir dövr başlayacaq", deyə bildirmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram