Tamara Mustafayeva, Banco.az
Apple Wall Street tarixinə adını yazdırıb. Belə ki, şirkətin bazar dəyəri 2 trilyon dolları keçib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, texnologiya nəhəngi Apple şirkətinin bazar dəyəri 2 trilyonu keçib. İlk dəfə Amerikalı bir şirkət bu səviyyəyə imza atıb.
Apple Inc. çərşənbə günü 2020-ci ildə şirkət səhmlərində yaşanan sərt yüksəlişin ardınca bazar dəyərini 2 trilyon dollardan artırması ilə Wall Street tarixinə adını yazdırmağa nail olub.
Xatırladaq ki, şirkət 2018-ci ilin avqust ayında tarixdə ilk dəfə 1 trilyonluq səviyyəyə çatmışdı və bu rekord texnologiya nəhənginə 38 ilə başa gəlmişdi. Ancaq növbəti trilyonluq uğur isə şirkətin daha çox iPhone və yeni Apple Watch və AirPods ilə tədarük ekosistemini sürətlə genişlətməsi, rəqəmsal xidmətlər başlatmağı və daha çox daimi gəlir əldə etmək üçün 1.5 milyard dəyərindəki cihaz bazasını gücləndirməyi ilə birlikdə sadəcə iki ilə əldə edildi.
Apple şirkətinin səhmləri dünən Nyu-York fond birjasında 1.4% yüksələrək 468.65 dollara çatıb.
Qeyd edək ki, şirkətin hazırkı bazar dəyəri aşağı büdcəli şirkətləri əhatə edən Russell 2000 İndeksindəki bütün şirkətlərin dəyərinin cəminə yaxındır.
Həmçinin oxu: Apple REKORD qırdı - Tarixdə 1 trilyon dollarlıq İLK şirkət
Bizi sosial şəbəkələrdən izləyin!!