2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1821,6 milyon manat olmaqla, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 0,9 faiz azalıb.
Neft məhsullarından neft bitumunun istehsalı 30,2 faiz, sürtkü yağlarının istehsalı 18,5 faiz, dizel yanacağının istehsalı 4,4 faiz, avtomobil benzininin istehsalı 0,3 faiz artıb, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 6,6 faiz, neft koksunun istehsalı 12,1 faiz, ağ neftin istehsalı 20,1 faiz, yanacaq mazutunun istehsalı 34,0 faiz azalıb.
Trend
Bizi sosial şəbəkələrdən izləyin!!