Beynəlxalq Enerji Agentliyi (IEA) son aylıq hesabatında qlobal neft tələbi proqnozunu azaldıb.
IEA-nın yeni hesabatına görə, agentlik, 2020-ci ildə qlobal neft tələbinin günlük orta hesabla 8.1 milyon barel azalma ilə 91.9 milyon barelə düşəcəyini gözləyir. IEA əvvəlki proqnozu ilə müqayisədə günlük ortalama azalmanı 140 min barel də aşağı salıb.
IEA, 2021-ci il üçün qlobal neft tələbi proqnozunu da, əvvəlki proqnozundan 240 min barel aşağı salaraq gündə orta hesabla 97.1 milyon barelə endirib.
IEA hesabatında, proqnolzarındakı azaltmaların Covid-19 pandemiyasına bağlı olaraq qlobal neft tələbində yaşanan zəifləməni əks etdirdiyi qeyd edilib.
Hesabatda, "Neftin ən çox istehlak edildiyi hava yolu və avtomobil nəqliyyatı sektorları hələ tam bərpa olunmayıb",- bildirilir.
marja
Bizi sosial şəbəkələrdən izləyin!!
