Tamara Mustafayeva, Banco.az
ABŞ-ın Nyu-Hempşir ştatı ölkədə uçan avtomobillərin istifadəsinə icazə verən ilk əyalət olub.
Tıxac problemini aradan qaldırmağı hədəfləyən bu avtomobillər Amerikalı şirkətlər tərəfindən gələcəkdə istifadə edilmək üzrə dizayn edilməyə başlanıb. Bununla belə, ABŞ-ın Nyu-Hempşir ştatı əyalət məclisində "Jetson Qanun Layihəsi" adlanan 1182 saylı qərarı qəbul etməklə uçuş funksiyasına sahib bütün avtomobillərin şəhər mərkəzi də daxil olmaqla bütün magistral yollarda istifadəsinə icazə verib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, 1182 saylı qərar avtomobillərin magistral yolda hərəkət edərkən istənilən nöqtədə havaya qalxmasına və ya magistral yol üzərində uçmasına icazə vermir. Pilotlar sözügedən qərar çərçivəsində avtomobilləri ilə ictimai yollarda hərəkət edə biləcək, ancaq havaya qalxıb-enmə prosesi üçün hava limanı və ya özəl təyyarə meydançalarından istifadə etməli olacaqlar.
Nyu-Hempşir Aviasiya Muzeyinin icraçı direktoru Jeff Rapsis açıqlamasında bildirib ki, uçan avtomobillərin ilk nümunələri ehtimal ki, magistral yolda digər avtomobillərdən fərqlənməyəcək və bu da sürücülərin qanuna uyğunlaşmasını asanlaşdıracaqdır.
Həmçinin oxu: Airbus yeni uçan taksisini təqdim etdi
Bizi sosial şəbəkələrdən izləyin!!