Trampın öz obyektlərindən nə qədər qazandığı məlum oldu | Banco.az

Trampın öz obyektlərindən nə qədər qazandığı məlum oldu

ABŞ prezidenti Donald Trampın 2019-cu il üzrə maliyyə hesabatı açıqlanıb.

Donald Tramp 2019-ci ildə ən azı 446 milyon ABŞ dolları gəlir əldə edib.

78 səhifəlik sənədə görə, keçən il dövlət başçısı Floridadakı “Mar-a-Lago” kurortundan 21, 4 milyon ABŞ dolları qazanıb. 2018-ci il üçün bəyannamədə bu kompleksdən gəlir daha yüksək idi - demək olar ki, 22,7 milyon ABŞ dolları.

Vaşinqtondakı oteldən qazanc 2018-ci illə müqayisədə 300 min azalaraq 40,5 milyon ABŞ dolları təşkil edib.

Öz növbəsində, “Trump National Doral Mayami” kurortu 2019-cu ildə Trampa 77,2 milyon ABŞ dolları - əvvəlki ilə nisbətən 1,3 milyon ABŞ dolları çox gəlir gətirib.

Tramp ötən il Nyu-Cersi ştatının Bedminster şəhərindəki qolf klubundan 17,7 milyon ABŞ dolları qazanıb.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et