Çin startapı dünya kriptovalyutalarını birləşdirmək istəyir - SƏBƏB | Banco.az

Çin startapı dünya kriptovalyutalarını birləşdirmək istəyir - SƏBƏB

Red Date Technology startapı dünya kriptovalyutalarını birləşdirmək niyyətindədir.

Startap təsisçiləri blokçeyn kriptovalyutasının birləşdirilməsi üçün planlarını açıqlayıblar. 

Bu plan, kriptovalyutanın ticarət və spekulyasiya sərhədlərindən kənar istifadə sahəsini genişləndirməlidir.

Red Date Technology mərkəzləşdirilmiş tətbiqləri qurmağa imkan verəcək BSN platformasının yaradılmasını planlaşdırır. Bu platforma adi tətbiqlərə və veb xidmətlərə “güc qatan” Amazon Web Services və Microsoft Azure xidmətlərinin analoqudur.

Hazırda Red Date Technology-nin təşəbbüsünü əsasən Çindən olan 6000-dən çox şirkət dəstəkləyib. BSN tətbiqində avqust ayında Ethereum, EOS və NEO daxil olmaqla altı məşhur kriptovalyutanın dəstəklənməsi planlaşdırılır. İlin sonuna qədər miqdar 100 ictimai blokçeynə çatmalıdır.

Startapın müəlliflərinə görə, BSN güclərindən istifadə, kriptovalyutanı istifadə edən tətbiqlərin yaradılması və istismarının dəyərini 90% azaltmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram