Litva Bankı, LBCOİN rəqəmsal kolleksiya sikkəsinin buraxılmasını elan edib.
Bu, Avropada Mərkəzi Bank tərəfindən verilən ilk kriptovalyutadır.
Mərkəzi Bank, LBCOİN-nin iyulun 23-də təqdim edəcəyi barədə ilk dəfə bu ayın əvvəlində açıqlama verib.
DLT-də olan sikkə altı rəqəmsal sikkədən və kolleksiya toplayanlar üçün bir fiziki sikkədən ibarətdir.
Layihə çərçivəsində bank 4 000 LBCOİN-ni təqdim edib, bu da 24 000 rəqəmsal sikkəyə və əlavə olaraq gümüşdən hazırlanan 4000 kolleksiya sikkəsinə bərabərdir.
Bankın İdarə Heyətinin sədri Vitali Vasilyuskasın sözlərinə görə, LBCOİN-in işə salınması Bankın maliyyə və ödənişlər sahəsində yeniliklər tətbiq etməsinin nəticəsidir. O hesab edir ki, bank tərəfindən kriptovalyutanın və gümüş sikkələrin buraxılması klassik numizmatika və sürətlə inkişaf edən Fintech sahəsi arasında bir körpü yaradıb.
Qeyd edək ki, kriptovalyutanın buraxılışı 1918-ci ildə Müstəqillik Aktını imzalamış Litvanın yubileyinə həsr olunub.
Ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!