Beynəlxalq birjalarında EUR/USD, GBP/USD və Qızılın qiymətlərində bahalaşma daha da sürətlənib.
Avro, Funt və Qızılda bahalaşma sürətlənib. Avropada iqtisadiyyatın inkişafı üçün böyük həcmli maliyyə yardımının ölkələr arasında razılaşdırılması, avroya olan tələbi artırıb. Bununla yanaşı, Amerikada Covid 19 böhranının genişlənməsi və Konqresdə yeni iqtisadi proqramın qəbulunda fikir ayrılıqlarının dərinləşməsi, dolların ucuzlaşmasına səbəb olur. Bu, özünü GBP/USD məzənnəsinin bahalaşmasında da göstərməkdədir.
Foreks bazarlarında dolların ucuzlaşması və dünyada siyasi və iqtisadi risklərin daha da artması, əlvan metallar bazarlarında qızıla olan tələbi də artırıb.
fins.az
Bizi sosial şəbəkələrdən izləyin!!