Tamara Mustafayeva, Banco.az
Pandemiya səbəbilə dünyanın əksər yerlərində ictimai iaşə məkanları, idman zalları və kinoteatrlar bağlandıqdan sonra Coca-Cola Company-nin xalis gəliri 26 iyunda başa çatan rüblük üzrə 28% azalaraq 7.15 milyar dollara düşüb.
Karantin tədbirlərinin yavaş-yavaş götürülməyə başladığı bu günlərdə Coca-Cola şirkəti satış performansını yaxşılaşdırmağa başladığını bildirsə də, şirkətin CEO-su James Quincey açıqlamasında ikinci rübün daha çətin olacağını vurğulayıb.
Xatırladaq ki, Coca-Cola şirkətinin ən böyük rəqibi PepsiCo da ötən həftə rüblük satışlarda geriləmə müşahidə olunduğunu açıqlamışdı. Şirkətin içki bölməsinin gəliri 7%, ümumi gəliri isə 3% azalaraq 15.95 milyard dollara düşüb.
Onu da qeyd edək ki, Coca-Cola şirkəti pandemiyanın hələ də davam etməsi səbəbilə müştərilərin təhlükəsizliyini təmin etmək üçün müxtəlif işçilərin olduğu avtomatik cihaz vasitəsilə təmassız satış həyata keçirməyə də başlayıb.
Həmçinin oxu: “Coca-Cola”, “Fanta” və “Sprite” dan ilk ortaq reklam kampaniyası
Bizi sosial şəbəkələrdən izləyin!!