Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi təqribən bir aya yaxındır ki, stabilliyini saxlayır.
Uzun müddətdir ki, 6.85-6.86 səviyyələrində dalğalanan kurs bu gün səhər saatlarında 6.86 səviyyəsində icra edilir. Kursun volatilliyi də mühüm ölçüdə azalıb.
Bu gün əksər inkişaf etməkdə olan ölkə valyutaları isə dollar qarşısında dəyər itkisi yaşayır.
Qeyd edək ki, gün ərzində Türkiyədə aprel ayı üzrə işsizlik göstəriciləri, ABŞ-da isə istehsalçı qiymətləri üzrə məlumatlar izləniləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!