Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 266 milyon ABŞ dolları, yaxud 0,3% artaraq 90,5 milyard ABŞ dolları təşkil edib.
Bu barədə qurumun hesabatında bildirilir.
Məlumata görə, valyuta ehtiyatlarının 39,2 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 339 milyon ABŞ dolları, yaxud 0,9% çoxdur.
Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 73 milyon ABŞ dolları, yaxud 0,1% azalaraq 51,3 milyard ABŞ dolları təşkil edib.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!