Dollar/TL məzənnəsi açıqlandı - Kritik həftənin ilk göstəriciləri | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - Kritik həftənin ilk göstəriciləri

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi kritik həftəyə 6.84 səviyyəsində başlayıb.

Ötən həftəni 6.8525 səviyyəsində tamamlayan Dollar/TL yeni iş həftəsinə 6.84 səviyyəsində başlayıb, bu həftənin gündəm mövzusu Mərkəz Bankın qərarı olacaq.

Ötən həftə 6.80-6.85 səviyyələrində dalğalanan və 2 həftə ardıcıl olaraq türk lirəsinə qarşı dəyər qazanan dollar yeni həftəyə cüzi azalma ilə başlayıb. Qeyd edək ki, koronavirus pandemiyasında ikinci dalğa narahatlıqları türk lirəsinə təzyiq göstərməyə davam edir.

Bu həftə ərzində Türkiyə Respublikası Mərkəzi Bankının faiz qərarı birjaların diqqət mərkəzində olacaq. Cümə axşamı keçiriləcək iclasda yenə də faiz endirilməsi proqnozlaşdırılır. Xatırladaq ki, may ayı üzrə keçirilən iclasda Mərkəzi Bankın faiz qərarı proqnozlara paralel olaraq 50 bal aşağı salınmış, qərardan sonra isə dollar 6.81 səviyyəsindən 6.78-ə geriləmiş, lirə dəyər qazanmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram