“Mayın 27-də koronavirus (COVID-19) pandemiyası dövründə uçuşlarla bağlı müzakirələr olub və yeni qaydalar hazırlanıb”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov deyib.
“Həmin qaydaları Azərbaycan da tətbiq edəcək. Mən bu tədbirə gəlməzdən öncə xəbər verdilər ki, artıq qaydalar qəbul olunub və beynəlxalq səviyyədə sərnişindaşımaya başlamaq lazımdır. Artıq bir sıra ölkələrdən müəyyən tələblər daxil olur. Bəzi ölkələr "COVID-19" pasportunun olacağı, bəzi ölkələr isə Azərbaycan vətəndaşları ora gələcəyi zaman onların karantinə alınacağını qeyd ediblər. Amma heç kim demir ki, karantinə görə ödənişi kim qarşılayacaq. Amma bunu təbii ki, bilet alan zaman əvvəldən sərnişinə demək lazımdır”, - deyə o, qeyd edib.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!