Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi FED iclasının təsiri ilə 6.78 səviyyəsində icra edilir.
Dünən gün ərzində 6.78 səviyyəsində dalğalanan, FED iclasından sonra da bu səviyyələrdə davam edən məzənnə yeni günə də 6.78 səviyyəsində başlayıb.
Dünən günü 6.7765 səviyyəsi ilə başa vuran Dollar/TL yeni iş gününə cüzi yüksəlişlə başlayıb. Qeyd edək ki, Amerika Mərkəzi Bankı dünən axşam faiz qərarını açıqlamış və göstəriciləri 0-0.25-də saxlamışdı. Rəsmilər faiz siyasətində 2022-ci ilə qədər dəyişiklik olmayacağını proqnozlaşdırırlar.
Səhər saatlarında dollar qlobal miqyasda dəyər qazanmağa başlayıb, inkişaf etməkdə olan ölkə valyutaları isə dollara qarşı itki yaşayırlar.
Bizi sosial şəbəkələrdən izləyin!!