"Səyahətlərin azalması ilə neft tələbindəki azalma proqnozlarımızdan daha yüksəkdir" | Banco.az

"Səyahətlərin azalması ilə neft tələbindəki azalma proqnozlarımızdan daha yüksəkdir"

REYTİNQLƏRİ DÜŞƏ BİLƏR

Beynəlxalq kredit reytinqi təşkilatı Moody's, neft qiymətlərinin uzun müddət aşağı səviyyələrdə qalmasının neft ixrac edən ölkələrin kredit reytinqləri üzərindəki təzyiqi artıracağını bildirib.

MALİYYƏ VƏZİYYƏTLƏTİ ÇOX PİSLƏŞƏ BİLƏR

Təşkilatın yaydığı açıqlamada, aşağı neft qiymətlərinin uzun müddət aşağı qalması halında neft ixrac edən ölkələrin maliyyə vəziyyətində və tədiyyə balansında ciddi pisləşmələrin görülməsinin gözlənildiyi qeyd edilib.

NEFTİN QİYMƏTİ PROQNOZU AZALDILIB

Açıqlamada, Moody's-in mart ayındakı Brent neftin qiymətinə dair proqnozunun 50-70 dollar səviyyələrində olduğu, lakin son dövrdəki hadisələr ilə bu proqnozun 2020-ci il üçün 35 dollara, gələn il üçün isə 45 dollara dəyişdirildiyi vurğulanıb.

Açıqlamada, "2020-ci ildə qlobal iqtisadiyyatda, bütün inkişaf etmiş iqtisadiyyatlarda daha dərin bir böhranın reallaşmasını gözləyirik. Xüsusilə səyahətlərin azalması ilə neft tələbindəki azalma proqnozlarımızdan daha  yüksəkdir",- deyilir.

Bu il neft qiymətləri düşdüyündən satılmayan neft anbarlara yığılıb. Eyni zamanda neft idxal edən ölkələr aşağı qiymətlərdən faydalaanaraq anbarlarını doldurublar. Qlobal informasiya təchizatçısı IHS Markit-ə görə, Neft anbarlarının normal səviyyələrə qayıtmaı 18 ay çəkə bilər.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram