AFB Bank, Bank Avrasiya, Bank BTB, Muğanbank, Yelo Bank, TuranBank, Xalq Bank müştəriləri Azəricardın mobil tətbiqi vasitəsilə pulu kartdan digər karta necə köçürə bilər?
Bankın mobil tətbiqinə daxil olduqdan sonra aşağıdakı ardıcıllıqla əməliyyatı həyata keçirə bilərsiniz:
1. "Kart Transfer" bölməsinə daxil olun;
2. Növbəti səhifədə göndərəcəyiniz kartın öz kartınız və ya digər kart olduğunu seçin;
3. Bundan sonra pulu hansı kartdan göndərəcəyinizi təyin edin;
4. Pulu alan kartın 16 rəqəmli kodunu, göndərəcəyiniz məbəğin miqdarı və valyutasını yazın;
5. "Seçmək" düyməsini basaraq məlumatları yenidən yoxlayın və təsdiqləməklə əməliyyatı tamamlayın.
Digər bankların mobil tətbiqi vasitəsilə kartdan karta pul köçürmə (card to card) xidməti ilə buradan tanış ola bilərsiniz.
Video Banco.az tərəfindən hazırlanıb.
Tahir Əsgərli və Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!