Avro və funtun daha da bahalaşacağı proqnozlaşdırılır | Banco.az

Avro və funtun daha da bahalaşacağı proqnozlaşdırılır

Almaniya iqtisadiyyatı fonunda fundamental göstəricilərin zəif açıqlanması, EUR/USD məzənnəsində korreksiyalara səbəb olub. Lakin digər tərəfdən Amerikada iğtişaşların baş qaldırması və siyasi risklərin artması, dolları da təzyiq altında saxlayır. Beləliklə, EUR/USD məzənnəsində son artım dalğasının yenidən davam edəcəyi - 1.13$-a kimi bahalaşacağı proqnozlaşdırılır. GBP/USD məzənnəsində də bahalaşma davam etməkdədir və ən yaxın müqavimət səviyyəsi 1.26$-dır. 

Dolların uculaşması, Qızıl və Bitkoinin bahalaşması. 

Foreks bazarlarında dolların ucuzlaşması, əlvan metallar birjalarında qızılın və kripto valyutaların da dəyər qazanmasına səbəb olur. Beləliklə, bir unsiya üzrə qiymət 1745$-ın (56 $/qram) qırılması ilə 1765$-a (56.8 $/qram) kimi də dəyər qazana bilər. 

Kriptovalyuta birjalarında Bitkoinin də sürtətli bahalaşması dalğası müşahidə edilir. Təhlillərə əsasən, BTC/USD məzənnəsi 10500$-a kimi davam edə bilər.

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram