Daha bir ölkə Azərbaycan üçün sərhədlərini açdı | Banco.az

Daha bir ölkə Azərbaycan üçün sərhədlərini açdı

Çernoqoriya hökuməti iyunun 1-dən etibarən bir sıra ölkə vətəndaşlarına karantinə riayət etmədən və koronavirus testindən keçmədən ölkəyə gəlmələrinə icazə verir.

Bu barədə “Vijesti” yazıb.  

Nəşr qeyd edir ki, bazar ertəsindən etibarən ölkəyə Azərbaycan, Albaniya, Avstriya, Bolqarıstan, Danimarka, Misir, Finlandiya, Gürcüstan, Xorvatiya, Çexiya, İslandiya, İsrail, Latviya, Litva, Lüksemburq, Macarıstan, Monako, Almaniya, Norveç, Slovakiya, Sloveniya, İsveçrə və bir sıra digər dövlətlərdən turistlər gələ bilərlər.

Çernoqoriyanın İctimai Səhiyyə İnstitutunda (İJZ) bəyan ediblər ki, ölkələrin seçimi Aİ-nin tövsiyələrinə əsaslanır. Turistlərin gəldiyi ölkələrdə koronavirusa yoluxanların sayı 100 min əhaliyə 25 nəfərdən az olmalıdır.  

Qeyd edək ki, mayın ortalarında Çernoqoriya hökuməti ölkədə koronavirus pandemiyasının tam nəzarət altında olduğunu açıqlamışdı. Ona görə də mayın 18-dən hotellər, çimərliklər, ticarət mərkəzləri, restoranlar və kafelər açılıb. Hökumət ümid edir ki, turizmi avqust-sentyabr aylarında artıq tamamilə bərpa etmək mümkün olacaq.

Qafqazinfo

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram