Bu ölkəyə səfər edənlərdən “COVID pasport”u tələb olunacaq | Banco.az

Bu ölkəyə səfər edənlərdən “COVID pasport”u tələb olunacaq

Gürcüstana səfər edəcək turistlər sərhəddə son 72 saat ərzində koronavirusla bağlı keçdiyi testin mənfi nəticəsinin qeyd edildiyi sənədi təqdim etməli olacaqlar.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan ilk növbədə “yaşıl zona” elan olunan ölkələrdən turistlər qəbul edəcək: “Ölkəyə gələcək ziyarətçilərdən “COVID pasport”u adlandırılan sənəd tələb olunacaq”.

Qeyd edək ki, qonşu ölkə iyulun 1-dən xarici turistlər üçün sərhədlərini açacaq.

Report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et