Tamara Mustafayeva, Banco.az
Koronavirus pandemiyası səbəbilə insanların evdə qalmalı olduqları günlərdə rəqəmsal marketinqin əhəmiyyəti daha da ortaya çıxdı. Bu da reklam sektorunda rəqabətə səbəb oldu ki, nəticədə tanınmış markalar bir-birindən yaradıcı reklam filmləri yayımladılar. Bugünkü məqalədə bu dövrdə yayımlanmış ən yaxşı 5 reklam kampaniyası ilə tanış ola bilərsiniz.
1. Apple
Şirkət bu reklam filmi ilə insanların karantin dövründə evdə qalmalı olsalar belə, yaradıcılıq bacarıqlarından necə istifadə edə bildiklərini gözlər önünə sərir.
2. Ohio Department of Health
Real Art reklam agentliyi tərəfindən Amerikanın Ohayo Səhiyyə Nazirliyi üçün hazırladığı kampaniya diqqət edilməzsə, koronavirus pandemiyasının yayılma sürətini bir tenis topu və siçan tələsi ilə vurğulayır.
3. Burger King
Marka bu reklam filmi ilə bütün günü divanda keçirmək anlayışına müsbət yanaşma tərzi gətirməyə çalışıb. Reklam COVID-19 pandemiyası başlamazdan əvvəl çəkilən kadrlardan hazırlanıb. Başqa bir reklam filmi üçün çəkilən bu kadrlar “Stay Home of the Whopper” kampaniyasında “Ölkənizin divanda əyləşib evə sifariş verməyinizə ehtiyacı var” sözləri ilə birləşir.
4. McDonald`s
Şirkətin yeni reklam filmi gecə növbəsində işləyən insanlara diqqət çəkir və siz oyaq olduğunuz müddətcə biz də oyağıq mesajı verir.
5. Honda
Honda şirkəti karantin dövründə bəlkə də ilk dəfə tamamilə evdə hazırlanan bir avtomobil reklamı yayımlayıb.
Həmçinin oxu: Şirkət sosial məsafəyə diqqət çəkmək üçün köhnə reklamını tərsinə yayımladı
Bizi sosial şəbəkələrdən izləyin!!!