Neft daha da bahalaşdı | Banco.az

Neft daha da bahalaşdı

Neft həftənin ilk iş günü bahalaşır.

Bakı vaxtı ilə saat 17:00-da Brent nerfti 6,4% bahalaşma ilə 34,84 dollardan, Qərbi Texas nefti isə 9,3% bahalaşma ilə 32,18 dollardan alıcı tapıb.

Hazırda nefti bahalaşdıran səbəblər aşağıdakılardır.

1. ABŞ-da aktiv neft qazma qurğularının (qüllələrinin) sayı ardıcıl doqquzuncu həftədə də düşüb və 10 ildən çox müddətin ən aşağı səviyyəsinə enib.

2. ABŞ neftinin yığıldığı və paylandığı mərkəz olan Cushing, Oklahomadakı anbarlar Fevral ayının sonundan bu yana ilk dəfə azalıb.

3. İraq, etiraz nümayişlərilə əlaqədar olaraq neft sahələrindən birində istehsalı dayandırmağı planlaşdırdığını açıqlayıb.

4. Neft İxrac edən Ölkələr birliyi və tərəfdaşları (OPEC + koalisiyası) bu ayın əvvəlindən hasilatı gündəlik təxminən 10 milyon barel azaldır. ABŞ istehsalçıları da istehsalı azaldaraq cəld bir reaksiya veriblər.

Ən sərfəli kredit üçün müraciət et

5. OPEC + koalisiyası öhdəliklərə ciddi əməl edir.

6. Ölkə iqtsadiyyatlarının yenidən açılması ilə neftə tələb artmağa başlayıb.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et