Warren Buffett tanınmış şirkətlərdəki səhmlərinin böyük hissəsini satdı | Banco.az

Warren Buffett tanınmış şirkətlərdəki səhmlərinin böyük hissəsini satdı

Tamara Mustafayeva, Banco.az

Warren Buffett Goldman Sachs və digər bir neçə firmadakı səhmlərini satıb.

Dünyanın ən varlı investorlarından biri olan Warren Buffett Amerikanın transmilli investisiya bankı Goldman Sachs və digər bir neçə firmasındakı səhmlərini azaldıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, tanınmış investorun sahib olduğu Berkshire Hathaway şirkəti ilin ilk rübündə Goldman Sachs ilə yanaşı enerji şirkəti Philips 66 və sığorta şirkəti Travelers-dəki səhmlərini də satıb. Məşhur milyarderin holdinqi mart ayının sonunda Goldman Sachs səhmlərini 84% azaldaraq dekabr ayının sonunda 12 milyon olan səhmləri 2 milyona endirib.

Satışların həyata keçirildiyi əsnada investisiya bankının 3/1 nisbətində geriləməsi isə Berkshire Hathaway şirkətinin bu bankdakı səhmlərinin dəyərinin 2.8 milyard dollardan 300 milyon dollar düşməsinə səbəb olub.

May ayında keçirilən səhmdarların illik iclasında bütün hava yolu şirkətləri üzrə səhmlərini satdığını açıqlayan Buffett 31 dekabr tarixində 25 milyon dollar olan Philips 66 və 43 milyon dollar olan Travelers səhmlərini də əldən çıxarıb. Bununla yanaşı, tanınmış sahibkar Amazon, JPMorgan, Liberty Global, Sirius XM, Synchrony Financial, Teva Pharmeceuticals və Verisign da daxil olmaqla digər bir çox müəssisədəki səhmlərini də azaldıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Berkshire Hathaway şirkəti hələ də American Express, Bank of America, Bank of New York Mellon, JPMorgan Chase, PNC Financial, US Bancorp və Wells Fargo kimi müəssisələrin əsas səhmdarı olaraq qalır.

Həmçinin oxu: Bu milyarder nə üçün 20 dollarlıq telefon işlədir?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et