Google avqust ayından kompüter resurslarını istifadə edən, xəbərsiz açılan videolardan ibarət reklamları bloklayacaq.
Bu günə qədər istifadəçilər reklamları bloklayan proqramlardan istifadə etsələr də, bu, internet portallarının gəlirlərinə təsirsiz ötüşməyib.
Google rəsmiləri açıqlamalarında bloklanma zamanı resurslardan çox istifadə edən reklamlara üstünlük veriləcəyini bildiriblər. Bu qərar kiriptovalyuta saxtakarlığı edən, yanlış proqramlaşdırılmış reklamları da əhatə edəcək.
Amma əsas hədəf kimi aşağıdakı üç xüsusiyyətə sahib reklamlar nəzərdə tutulub:
- 4MB şəbəkə məlumatı istifadə edən;
- 30 saniyəsinin yarısını prosessordan istifadəyə ayıran;
- Ümumilikdə 60 saniyə prosessordan istifadə edən reklamlar.
Hesablamalara görə, hər 300 reklamdan biri bu kriteriyalara aiddir. Buna görə də rəsmilər bloklanan reklamların sayının çox olmayacağını bildiriblər.
Qərarın verilməsində əsas məqsəd istifadəçiləri narahat edən reklamların Google-dən qaldırılmasıdır.
Ted
Bizi sosial şəbəkələrdən izləyin!!