“Azərbaycanda “Lombardlar haqqında” qanun layihəsi artıq 3-cü oxunuşdadır. Bu qanun qəbul edildikdən sonra bizim hazırda xaotik vəziyyətdə olan lombard kreditləri bazarını tənzimləmək imkanımız olacaq”.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.
“İşçi qrupu bu sektorun fəaluyyəti ilə bağlı hesabat hazırlayıb və mənə təqdim edib. Hələ ki, lombard fəaliyyəti üzrə hesabatlılıq yoxdur, amma dediyim qəbunun qəbulundan sonra belə bir hesabatlılıq olacaq” – deyə o, qeyd edib.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!