Tamara Mustafayeva, Banco.az
Karantin səbəbilə dünyanın əksər yerlərində insanların çoxu evlərindən işləyirlər və bu əsnada da bir çox iclaslar video-konfrans vasitəsilə həyata keçirilir.
İsveçin mebel istehsalı ilə məşğul olan IKEA şirkəti insanların evlərindən iştirak etməli olduqları bu video-konfranslar zamanı ev mühitinin hər zaman uyğun olmayacağını düşünərək son dərəcə ecaskar arxa fon seçimləri təqdim edir. Şirkətin sözügedən arxa fon seçimlərinə çimərlikdən rahat və dəbədəbəli qonaq otağına, sahildə təşkil edilmiş bir şənlikdən romantik axşam yeməyinə qədər bir çox alternativ daxildir.
Bununla yanaşı, əgər özünüz üçün evdə ofis mühiti yaratmaq istəyirsinizsə, IKEA şirkətinin rəqəmsal arxa fon seçimləri arasından ofis mühiti üçün nəzərdə tutulmuş dizaynlara müraciət edə bilərsiniz.
Düz arxa fonu olan bir yerdə əyləşib sözügedən seçimlərdən istədiyinizi istifadə edə bilərsiniz. Bununla da, olduğunuz yer xəyal etdiyiniz yerə çevriləcək.
Həmçinin oxu: IKEA-nın qurucusu Ingvar Kamprad haqqında bilmədiyiniz 5 maraqlı fakt
Bizi sosial şəbəkələrdən izləyin!!