Tamara Mustafayeva, Banco.az
Dollar/Tl məzənnəsi rekord səviyyəyə yüksəlib.
Dollar/Tl məzənnəsi səhər saatlarında 7.24 səviyyəsini keçərək bu vaxta qədərki ən yüksək səviyyəsinə çatıb. Yerli bazarlarda bu gün gündəm məsələsi olmasa da, günün irəliləyən saatlarında ABŞ işsizlik maaşı üzrə müraciətlər diqqət mərkəzində olacaq.
Xatırladaq ki, kurs ən son 2018-ci ilin avqust ayında zirvəyə yüksəlmişdi.
Beləliklə də, lirə yeni ildən bəri dollara qarşı 18% dəyər itirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!