“Ukrayna Beynəlxalq Hava Yolları” (MAU) Bakı ilə Kiyev arasında mayın 11-də birbaşa aviareys həyata keçirəcək.
Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verilir ki, təyyarə 15:30-da Bakıdan qalxacaq, 18:20-də ( Kiyev vaxtı ilə) isə Kiyevə enməsi gözlənilir.
Xatırladaq ki, Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün daxili və xarici aviareyslər dayandırılıb.
report.az
Bizi sosial şəbəkələrdən izləyin!!