Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
Bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 9%-dən 8%-ə endirilib, aşağı həddi isə 6,75% saxlanılıb.
Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə iyunun 19-da baxacaq.
***
E.Rüstəmov bildirib ki, faiz dəhlizinin yuxarı həddinin 1% aşağı salınması iqtisadiyyata ucuz kredit verilməsinə şərait yaradacaq.
"Bu qərarın verilməsinə əsas səbəb kornavirus pandemiyası və iqtisadi dalğalanmalardır", - deyə o, qeyd edib.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!