Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib | Banco.az

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

28 aprel 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105008780 ISIN-li, 15 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 6 investor tərəfindən qiyməti intervalı 85,2598 AZN (17.00%) və 99,6378 AZN (8,2%) olan 9 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 85,2598 AZN (17.00%), orta ölçülmüş qiyməti 93,1947 AZN (11,9245%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 17.286.900,00 AZN yerləşdirilmiş həcmi isə 15 mln. manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  26 aprel 2022-ci  il.

Hərrac iştirakçıları 29 aprel 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram