Həyatınızı daha yaxşı etmək üçün ən birinci bu barədə doğru qərarlar verdiyinizdən əmin olmalısınız. Hər şeyi yoluna qoymaq üçün verdiyiniz radikal qərarlar sizə daha cəlbedici gələ bilər, amma əslində zamanla atdığınız kiçik addımlar daha güclü təsirə malikdir.
Əgər doğurdan həyatınızı dəyişdirmək istəyirsinizsə, bununla bağlı kiçik addımlar atmağa başlamalısınız. Daha az stress, rahatlıq və sizə görə nələrin önəmli olduğunu bilməyiniz üçün 7 addımı sizinlə paylaşırıq. Bu gündən başlayın və bir həftə sonra kiçik şeylərlə həyatınızın nə qədər dəyişdiyinin özünüz şahidi olacaqsınız.
1. Hər zaman etmək istədiyiniz bir işi öyrənmək üçün planlar qurun
Həmişə öyrənmək istəyib amma vaxt tapmadığınız nələr var? Məsələn, Photoshop, yeni bir dil və ya tikiş tikməyi öyrənmək ola bilər. Həyatınızı daha yaxşı etmək üçün öyrənəcəyiniz peşə üzrə planlar qurun.
Planı qurduqdan sonra bu sahədə təkmilləşmək üçün lazımlı məlumatları əldə edin. Məsələn, əgər bir dil öyrənəcəksinizsə,
bunun üçün bir çox proqram və onlayn saytlar var. Hər gün 15-30 dəqiqə ayırmaqla yeni biliklər əldə etmək heç də çətin deyil.
2. Hər gün özünüzü mükafatlandırın
“Hər gün özünüzə bir hədiyyə verin. Planlaşdırmayın, gözləməyin. Sadəcə edin. Yeni bir köynək və ya bir fincan kofe, nə olarsa..”
Ümumiyyətlə insanlar ancaq xüsusi günlərdə özlərini mükafatlandırmağın doğru olduğunu düşünürlər. Əslində bu belə deyil. Bəzi şeylərə sahib olmaq üçün çox da əziyyət çəkmək lazım deyil. Bir az da özünüzə fürsət yaradın. Hər gün özünüzə özəl bir hədiyyə vermək sizi daha da xoşbəxt edəcək.
3. İdman etməyə başlayın
İdman etmək təkcə sağlam həyatın bir parçası demək deyil. İdman etməyin sizin rejiminizə, normal çəkidə qalmağınıza, stress və iştahınızın azalmağına çox böyük təsiri var.Səhiyyə işçiləri, həftədə ən az 150 dəqiqə yüngül də olsa, idmanla məşğul olmağı məsləhət görür. Siz də həyatınızı bu yöndə dəyişdirin.
İlk mərhələdə, hansı səviyyədə olduğunuzu sonra da hədəflərinizi müəyyənləşdirin. Arıqlamaq, çevik olmaq və ya əzələ yığmaq istəyirsiniz?
Hədəflərinizi müəyyənləşdirdikdən sonra nə qədər irəlilədiyinizi görməyiniz daha asan olacaq. Məşq etməyi, həyatınızın bir hissəsi halına gətirin.
4. Zövq almadığınız şeyləri həyatınızdan çıxarın
Yəqin ki, Marie Kondo haqqında eşitmisiniz.
Yaşadığınız yerdə, artıq əşyalardan xilas olmaq üçün özünüzə “Mən bundan zövq alırammı?” sualını verin. Əgər cavabınız yoxdursa, həmin əşyaları atın. Bu variantı sevib-sevmədiyiniz o qədər də önəmli deyil. Əsas olan rahat bir həyat üçün düzgün rejimə və təmiz əhatəyə sahib olmaqdır.
Komfortlu həyat stressi azaldır. Səliqəli bir mühitdə işləmək, hər şeyin istifadəyə yararlı olmağı daha məqsədəuyğundur .
Ətrafı səliqəyə salaraq, artıq əşyalardan xilas olduğunuzda, bunun sevincini yaşayacaqsınız.
5. Ölmədən öncə edəcəklərinizin siyahısını hazırlayın
Ölmədən öncə edəcəklərinizin siyahısına Bucket List deyilir. Bu siyahı həyatda sizin üçün önəmli olanları kəşf etməyiniz üçün ideal bir variantdır.
Bu siyahı istənilən ölçüdə ola bilər, qısa və ya uzunmüddətli hədəflər təşkil edə bilər. Bir Bucket List hazırlamağın məqsədi, günlərinizin hədər yerə getməyinin qarşısını almaq və bir yön göstərməkdir. Təcrübədən keçirmək və etmək istədiklərinizə qərar verdikdən sonra dünyanızı kəşf etməyə və sizi xoşbəxt edən xatirələr toplamağa başlaya bilərsiniz.
6. Qorxularınızla üzləşin
Hamımızın bir çox qorxuları var. Qorxularımız bizi güvəndə saxlayır, amma bütünlüklə ona təslim olanda həyatımızı çətinləşdirməyə başlayır. Qorxularınızı tanıyın; bəziləri doğru qorxular, bəziləri isə təlaşdan yaranır.
“Əsl” qorxularınızı bir kənara qoyun və beyninizdə canlandırdığınız “saxta” qorxularla üzləşin. Qorxularınızn üstünə getdikcə onların öhdəsindən gəlməyi bacaracaqsınız.Qorxularımızı tanımaq eyni zamanda başqalarına mərhəmətli davranmağımıza səbəb olacaq.
7. Köhnə dostunuzla əlaqə qurun
Köhnə dostla yenidən əlaqə yaratmaq qədər gözəl bir hiss yoxdur. Bəzən dostluğumuza zaman və məsafələr mane olur. Ancaq nə vaxt görüşsək keçmiş xatirələr yada düşür və aramızdakı dostluğun nə qədər möhkəm olduğunu görürük. Beləliklə, 2 il belə görüşməsək, dostluğumuza eyni yerdən davam edə bilirik.
Köhnə dostlarınız sizə əvvəllər həyatın nə qədər çətin olduğunu xatırladarlar ve beləliklə siz bu gününüz üçün daha doğru qərarlar verə bilərsiniz. Bəlkə də, əvvəl düşündüyünüzdən daha irəlidəsiniz, bəlkə də tam tərsi, artıq o düşüncədə deyilsiniz. Köhnə dostlar həmişə keçmişinizi unutmamağa və gələcəyinizi qurmağınıza kömək edər.
Həmçinin oxu: 5 kitabdan mütləq öyrənməli olduğunuz – 5 həyat dərsi
1lady.az
Bizi sosial şəbəkələrdən izləyin!!