Rusiyada ipotekanın illik faizi 6,5% olacaq | Banco.az

Rusiyada ipotekanın illik faizi 6,5% olacaq

Rusiya Prezidenti Vladimir Putin hökumətə bütün kredit müddəti üçün illik 6,5% dərəcəsi ilə ipotekanın təsdiqlənməsi barədə göstəriş verib.

Müvafiq sərəncam Kremlin saytında dərc edilib.

Sənədə əsasən, ilkin mənzil bazarında mənzil almaq üçün bölgə vətəndaşlarına ilkin milyon rubla qədər, Moskva, Sankt-Peterburq, Moskva və Leninqrad vilayətlərində isə 8 milyon rubla qədər ipoteka krediti veriləcək. Bütün kredit müddəti üçün, yəni 20 il ərzində, illik faiz dərəcəsi 6,5% olacaq.

Bu faiz dərəcəsi ilə 2020-ci ilin noyabrın 1-nə qədər ipoteka krediti götürülə bilər.

Nazirlər Kabineti bu qərarı 1 may 2020-ci ilədək təsdiqləməlidir.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram