Azərbaycanda bank kreditləri ilə əsas kapitala sərmayə qoyuluşu illik 3,8% azalaraq bu ilin yanvar mart ayları ərzində 130,9 mln. manat təşkil edib.
Cəmi kapitala sərmayə qoyuluşunda bank kreditlərini xüsusi çəkisi də bu müddətdə 5%-dən 4,5%-ə enib.
Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 929,4 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,5% çox vəsait yönəldilib.
Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 1 959,9 mln. manat, büdcə vəsaitləri 519 mln. manat, büdcədənkənar dövlət fondlarının vəsaitləri 52,1 mln. manat, əhalinin şəxsi vəsaitləri 188,9 mln. manat, sair vəsaitlər 78,6 mln. manat təşkil edib.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!