Bu aviaşirkət uçuşdan əvvəl koronavirus testi edən ilk şirkət oldu | Banco.az

Bu aviaşirkət uçuşdan əvvəl koronavirus testi edən ilk şirkət oldu

Koronavirus pandemiyası həyatın bütün sahələri kimi işgüzar sferaya da əsaslı təsir göstərib. Məsafədən işləməyin mümkün olduğu, xüsusilə də onlayn xidmət göstərən sektorlarda işlər nisbətən problemsiz davam etsə də, işçi və müştərilərin fiziki olaraq hər hansı bir məkanda olmasını tələb edən sektorlarda isə işlər demək olar ki, dayanıb.

Ancaq pandemiyanın nə qədər davam edəcəyi dəqiq bilinmədiyi üçün bəzi şirkətlər fəaliyyətlərini normallaşdırmaq üçün müəyyən addımlar atmağa başlayıblar. Sözügedən şirkətlərdən biri də dünyanın ən böyük havayolu şirkətlərindən olan Emirates-dir.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinə məxsus Emirates havayolu şirkəti sərnişinlər üçün sürətli koronavirus testləri edən ilk aviaşirkət olduğunu açıqlayıb. Qeyd edilənə görə, uçuş vaxtından əvvəl sərnişinlərin hər birinə koronavirus testi edilir və nəticələr 10 dəqiqə ərzində bəlli olur.

Bu sürətli qan testi Dubay Səhiyyə Departamenti tərəfindən Dubay Beynəlxalq Hava Limanında həyata keçirilir. Emirates havayolu şirkəti gələcəkdə test potensialını artırmağa və bu testlərin əhatəsini genişləndirməyə istiqamətlənən planlar üzərində çalışır.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin bu testi həyata keçirməsi ölkəyə daxil olmaq üçün koronavirus testini keçirildiyinə dair rəsmi sənəd tələb edən ölkələrə səfər edən sərnişinlərin işini asanlaşdıracaq.

Həmçinin oxu: Uçuş zamanı telefonlar mütləq söndürülməlidirmi?

Tamara Mustafayeva, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram