Azərbaycan hökuməti koronavirusun ölkədə yayılmasının qarşısını almaqdan ötrü misilsiz tədbirlər görmüşdür. Respublikada ciddi karantin hökm sürür: qeyri-ərzaq dükanları və ictimai iaşə müəssiələri fəaliyyət göstərmir, park və istirahət zonalarına giriş məhdudlaşdırılmışdır, şəhərlərarası nəqliyyatın hərəkəti dayandırılmışdır. 5 apreldən etibarən, ölkədə vətəndaşların hərəkətinə məhdudiyyətlər tətbiq edilmişdir: evdən yalnız dükana, aptekə, banka, poçta, həkmə getmək və ya yaxın qohumunun dəfn mərasimində iştirak etmək üçün çıxmaq olar.
Ölkə sakinlərinin digər insanlarla daha az ünsiyyətə girdikləri belə bir şəraitdə, alternativ ticarət və xidmət kanalları ön plana çıxırlar. Bank sferası da istisna deyil. Bank şöbələrinin dünənki müştəriləri bugün mobil və internet-bankinqlə, eləcə də, özünəxidmət qurğularından (bankomat və ödəniş terminallarından/köşklərindən) daha fəal istifadə etməyə başlamışlar.
Karantin dövründə bank xidməti aləminin necə dəyişməsi və bizi nələrin gözləməsi, karantinin nə zaman bitəcəyi barədə bizə BS/2 Azerbaijcan (BSKOM) şirkətininin direktoru İlqar Həsənov danışacaq.
- Siz ölkədə bankomat və digər qurğuların xidmətini həyata keçirən bəzi müstəqil xidmət strukturlarından birisiniz. Karantin müddətində özünəxidmət terminallarından istifadə olunmasında hansı dəyişikliklər baş verib?
- Bu günlərdə özünəxidmət qurğuları yüklənməsi xeyli artmışdır. Azərbaycanda bank şöbələrinin öz fəaliyyətini dayandırmamasına baxmayaraq (başqa ölkələrdə olduğu kimi), ölkə sakinləri insan kütlələri yaranmasın deyə, zərurət olmadıqca banklara getməməyə çalışırlar. Nəqd pul çəkmək, hesaba pul yatırtmaq, mənzil haqlarını ödəmək və ya pul köçürmələri həyata keçirmək üçün onlar bankomat və ödəniş köşklərindən istifadə edirlər.
Eyni zamanda, bankların rəqəmsal xidmət kanalları vasitəsilə təqdim etdikləri xidmətlər get-gedə məşhurlaşmaqdadır. Hər maliyyə təşkilatı – ayrıca bir hekayədir. Banklar bu istiqamətdə daha çox inkişaf edəcəklərini başa düşmüşlər. Rəqəmsal kanallara fəal yatırım edənlər artıq irəlidədirlər.
- Bəzi insanlar yolxuma ehtimalı səbəbindən bankomatlardan istifadə etməkdən çəkinirlər. Bu barədə onlar nə dərəcədə haqlıdırlar?
- Əlbəttə, virus istənilən səthdən keçə bilər. Araşdırmalar göstərmişdir ki, metal səthlərdə koronavirus 72 saata qədər qalır. Bu o deməkdir ki, COVID-19 virusunun yayılmasının qarşısını almaq məqsədilə, özünəxidmət qurğularının bütün açıq səthlərini müntəzəm olaraq dezinfeksiya etmək, eləcə də, terminalların xidməti zamanı bir sıra qaydalara riayət etmək mühümdür.
Bankomat istifadəçilərinə isə müəyyən ehtiyat tədbirlərinə əməl etmələrini tövsiyə edirik: küçəyə maskada çıxmaq, növbələrdə 1,5-2 metr məsafə saxlamaq, özünəxidmət qurğulardan istifadə etməzdən əvvəl və sonra mütləq əlləri dezinfeksiyaedici vasitə ilə yumaq.
- Koronavirusun nəqd pullar vasitəsilə də keçməsi doğrudurmu?
- ÜST məlumatlarına əsasən, virusun banknotlar vasitəsilə keçməsinə dair heç bir dəlil yoxdur. Lakin riskləri tamamilə aradan qaldıırmaq məqsədilə, əksər banklar bugün Mərkəzi Bankın kupyuraların dezinfeksiyasına dair daxili təlimat və tövsiyərlərinə riayət edir və öz müştərilərinə bütün nəqd pul əməliyyatlarını əlcəklərlə həyata keçirməyi tövsiyə edirlər. Hətta bəzi maliyyə təşkilatları öz müştərilərinin özünəxidmət terminallarından istifadə edərkən yolxmaqdan qorxmamaları məqsədilə, nəqd pulların özünəxidmət qurğularında dövriyyə funksiyasını dayandırmışlar.
- Koronavirusla əlaqədar olaraq Sizin şirkətin işi dayanmışdırmı?
- Terminalların yükünün artması səbəbilə, avadanlıqların az hallarda sıradan çıxmasını müşahidə edirik. Xüsusilə də, bankomatlara servis xidməti göstərilməsi ilə bağlı müraciətlərin sayının 10-15% artdığını müəyyən etmişik, lakin bu, bizim üçün elə də böyük bir göstərici deyil. Düşünürəm ki, digər xidmət strukturlarından olan həmkarlarımızda da təqribən eyni vəziyyətdir.
Digər məsələ, karantin müddətində texniki problemlərin həll olunma sürətinə qoyulan tələblərin get-gedə sərtləşdirilməsidir. Bizim vəzifəmiz – müştərilərə vaxtında və peşəkar xidmət təmin etmək, eləcə də, karantin müddətində zəruri olan bütün təhlükəsizlik tədbirlərinə riayət etməkdir.
- Bəs banklar üçün əyişən nədir? Hansı texnoloji həllər ön plana çıxır?
- Deyildiyi ki, yaranan vəziyyətlə əlaqədar olaraq, banklar bugün məsafədən xidmət kanallarının inkişafına daha çox diqqət ayırmaq məcburiyyətindədirlər. Bir neçə həftə, hətta ay ərzində bunu etmək çətindir, çünki hər bir bank üçün bu, ayrı bir strateji istiqamətdir.
Əgər özünəxidmət qurğularıından danışsaq, onda maliyyə təşkilatları bugün videobankinq və müştərinin bank əməkdaşı ilə videoəlaqəsini təmin edən xüsusi terminallardan istifadə ilə bağlı vəziyyətləri nəzərdən keçirirlər. Bu qurğuların yaratdığı imkanlar təkcə təhlükəsiz formatda şəxsi konsultasiya kvalifikasiyası əldə etməklə kifayətlənmir, bura həmçinin, bank hesablarının açılması, ərizələrin tərtib olunması və bank kartlarının əldə edilməsi, müxtəlif xidmətlərin ödənilməsi və s. daxildir.
Eyni zamanda, tərəfimizdən ölkə bankları üçün bir neçə oxşar layihə də həyata keçirilmişdir. Əminəm ki, yaxın vaxt ərzində videobankinq üçün həllərin aktuallığı artacaqdır.
Kontaktsız kartlarla () xidmət göstərilməsinə imkan verən bankomatlara (belə modellər mövcuddur, məsələn: Diebold Nixdorf –da) tələbat get-gedə artır. Bu funksiyanın reallaşdırılması üçün onların üzərinə xüsusi oxuma qurğusu - NFC – rider (kontaktsız kartrider) quraşdırılır. Əməliyyatların həyata keçirilməsi üçün kartı onun üstünə qoymaq və lazım olan xidməti seçmək kifayətdir. Bu cür bankomatlar bütün əsas funksiyaları dəstəkləyir: nəqd pulların çəkilməsi və yatırılması, son 10 əməliiyat barədə hesabat, kartda qalan vəsait haqqında informasiyanın əldə edilməsi və s.
Bugün müşahidə etdiyimiz daha bir ənənə hələ karantindən əvvəl yaranmışdı. Banklar, bankomatlarda bir çox standart xidmətlərin genişləndirilməsinə imkan verən həllərə fəal maraq göstərirlər. Ödənişlərin qəbulunun avtomatlaşdırılması, bankomatlar vasitəsilə pul köçürmələri, pulların Mobil bankinq vasitəsilə mümkün olan QR-kod köməyilə çəkilməsi (bu halda, nəqd pulların bankomat vasitəsilə çəkilməsi üçün kart deyil, yalnız mobil telefon lazımdır) – Azərbaycanın bank sferasının can atdığı imkanlardır. Karantin şəraitində sürdüyümüz həyat sadəcə əvvəllər seçilmiş strategyanın düzgünlüyünü təsdiqləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!