"Mərkəzi Bank tərəfindən banklara lazımi dəstək verilir" | Banco.az

"Mərkəzi Bank tərəfindən banklara lazımi dəstək verilir"

"Mərkəzi Bank tərəfindən banklara lazımi dəstək verilir".

Bunu, Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

Mərkəzi Bankın sədri, "Monetar siyasətdə monetar sabitlik problematikası, yəni əhalinin əmanətləri, hüquqi şəxslərin depozitlərini bank sektorunda saxlaması, onların qaçışının qarşısının alınması istiqamətində təbii ki, biz faiz dərəcəsi ilə bağlı dilemma qarşısında idik" deyərək çıxışına belə davam edib:

"Lakin bütövlükdə iqtisadiyyatda olan situasiya tələb edirdi ki, biz faiz siyasətini yumşaldaq. Belə bir şəraitdə biz bir növ gözləmə mövqeyi tutaraq faiz dərəcəsini nə artırdıq, nə də azaltdıq. Təbii ki, hadisələri izləyirik, düşünürük ki, faiz dərəcələrini artırmaq potensialı mövcuddur. Lakin artıq Sizin çıxışınızda qeyd etdiyiniz kimi, biz situasiyanı izləməliyik və yaranmış situasiyada operativ və dəqiq cavab verəcəyik. Lakin bank sektorunun likvidlik səviyyəsi bu gün qənaətbəxş səviyyədədir. Mərkəzi Bank tərəfindən banklara lazımi dəstək verilir. İlin əvvəlindən bank sektoruna 627 milyon manat səviyyəsində dəstək verilib. Bunun başlıca istiqamətləri ipoteka sisteminin dəstəklənməsi, qiymətli kağızlar bazarına dəstək, Beynəlxalq Bank, bizim sistem xarakterli banka dəstəkdir. O cümlədən Sizin göstərişinizlə bilavasitə ölkənin ərzaq ehtiyatlarının artırılmasına dəstək vermişik".

marja