Bir neçə gündür müraciət etmişəm amma mənə sms gəlməyib. Bəlkə işsiz kimi qeydiyyata alınmamışam? Görəsən mənə pulu nə vaxt ödəyəcəklər?
Bu suallar hazırda birdəfəlik ödəmə almaq üçün işsiz kimi qeydiyyatdan keçənləri narahat edən məsələlərdən biridir. Banco.az xəbər verir ki, Dövlət məşğulluq xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı bununla bağlı Azad Azərbaycan televiziyasında yayımlanan xəbərlər proqramında açıqlama verib.
Dövlət məşğulluq xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı sms-lərin vətəndaşlara fərqli vaxtlarda gəlməsinin səbəbini müraciətlərin çox olması və bəzi məlumatların natamam olması ilə əlaqələndirir. Həmçinin vətəndaşın göndərdiyi məlumatların araşdırılması da vaxt tələb edən prosesdir.
"Vətəndaşlar bir gün ərzində yaxud üç gün ərzində SMS almayıblarsa narahat olmasınlar. Bu o demek deyil ki, onlara SMS gəlmiyəcək. Bunun üçün heç yerə getməyə də ehtiyac yoxdu. Əgər çox narahatdırlarsa ən yaxşı halda məşğulluq mərkəzinə zəng edərək əlaqə saxlaya bilərlər. Amma bunun üçün harasa müraciət etməyə, harasa getməyə ehtiyac yoxdur. Sadəcə olaraq gözləməlidirlər ki, onlara müvafiq SMS bildiriş göndərilsin."
Birdəfəlik ödəməni almaq üçün müraciət edən şəxslərə gönədirlən sms-lərdə əvvəllər vətəndaşın adı qeyd olunmurdusa, artıq hər bir sms-də müraciət edən şəxsin adı da əlavə olunur.
"Elə vətəndaşlar vardır ki, bir nömrə üzərindən bir neçə qeydiyyat proseduru həyata keçirirlər. Artıq SMS göndərilən zaman hansı qeydiyyat üçün göndərildiyi onlara aydın olmaya bilər. Ona görə də, artıq hansı vətəndaş üçün birdəfəlik ödəmə təyin olunursa həmin vətəndaşın adı qeyd olunur.
Qeyd edək ki, Respublika üzrə ümumilikdə 55 min vətəndaşa birdəfəlik ödəmə təyin olunub. Həmin vətəndaşlara sms-lərin göndərilməsi prosesi gedir.
Aida İsaq, Banco.az