Əcnəbilərin Azərbaycanda bank kartları ilə apardıqları əməliyyatların məbləği açıqlandı | Banco.az

Əcnəbilərin Azərbaycanda bank kartları ilə apardıqları əməliyyatların məbləği açıqlandı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin mart sayı hazırlanıb. 

Banco.az xəbər verir ki, “İxrac İcmalı”nda məlumat verilib ki, 2020-ci ilin fevral ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 72,9 milyon manat təşkil edib. Ümumilikdə isə 2020-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 158,1 milyon manat təşkil edib.